Xuraman Şuşalı da narazıdır: "Qonorar olsaydı..."

Xuraman Şuşalı da narazıdır: "Qonorar olsaydı..."

Xuraman Şuşalı da narazıdır: "Qonorar olsaydı..."

“Sadəcə olaraq o maraqlıdır ki, niyə bu danışanları gülləbaran edirlər? İstər Xatirə, Natavan, Elşad Xose və ya Nazilə. Bir sözlə, hamı...”

Polemika.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı efirlərə çıxmaq üçün qonorar tələb edən həmkarları barədə daşırakən deyib.

“10-da görüşək” proqramənda qonaq olan ifaçı həmkarlarına dəstək olub:

“Əslində, hamı danışsa, çox yaxşı olar. Başa düşürəm rəqabət var, rəqabətdə birlik çətin olur. Amma çox yaxşı olardı, nəyi pisdir? Maşallah olsun, verilişlərin də yaxşı sponsorları var. Onsuz da pulu aparıcı cibindən vermir. Aparıcılar aqressiv danışırlar, kiminsə sözünü deyirlər. Nə gərək var ki? Deməsinlər, vicdanla danışsınlar. Hamımız əziyyət, xərc çəkirik.

Bu gün televiziyadan bir qəpik də qazancımız yoxdur. Əvvəllər deyirdik ki, efirlərdə görünüb, toylara gedirik. Amma indi sosial şəbəkədə görünməyimiz yetərlidir ki, toylara dəvət alaq. Bu o demək deyil ki, televiziya işçilərinin əziyyətini yerə vururuq. Onlar da işlədikləri üçün maaş alırlar. Qonorar olsaydı, efirə də tamam fərqli, bahalı geyimdə gələrdim, makiyajımı özüm etməzdim. Daha da gözəl mahnılarla gələrdim. Necə ki, toya, eləcə də efirə".

Sözügedən görüntülərə verilişin 44-cü dəqiqəsindən etibarən baxa bilərsiniz:

 

Xuraman Şuşalı da narazıdır: "Qonorar olsaydı..."