Xocavəndin bu kəndində erməni köçkünlər üçün 3 mərtəbəli bina tikilib... - Fotolar

Xocavəndin bu kəndində erməni köçkünlər üçün 3 mərtəbəli bina tikilib... - Fotolar

Xocavəndin bu kəndində erməni köçkünlər üçün 3 mərtəbəli bina tikilib... - Fotolar

“Qağartsi icmasının sakinləri öz gələcəklərini yalnız Qarabağda, doğma kəndlərində görür və bu arzu ilə inamla işləyir, yaradırlar”.

Polemika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kəndində məskunlaşmış  ermənilərin qanunsuz icma rəhbəri Qaruş Sarkisyan Xankəndindəki nəşrlərə müsahibəsində söyləyib. 

Q.Sarkisyanın sözlərinə görə, hazırda kənddə 353 sakin var. Qağartsidə əsasən 44 günlük savaşdan sonra Azərbaycanın digər ərazilərindən köçmüş erməni ailələrinin məskunlaşdığı 14 mənzilli 3 mərtəbəli yaşayış binası tikilib. 

“Köçürülən sakinlər müxtəlif tikinti işlərinə cəlb olunur, onların problemlərinin həllinə imkan daxilində köməklik edirik ki, özlərini evdəki kimi hiss etsinlər.

Müharibə nəticəsində 13-ə yaxın evə ziyan dəyib və təmirə təqdim edilib. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş 5 fərdi evdə isə abadlıq işləri aparılır. İl boyu nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün kənd yollarının 25 faizi asfaltlanıb” – Q.Sarkisyan belə deyib.

Xocavəndin bu kəndində erməni köçkünlər üçün 3 mərtəbəli bina tikilib... - Fotolar