XİN-dən İrəvana sərt təpki: "Üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq"

XİN-dən İrəvana sərt təpki: "Üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq"

XİN-dən İrəvana sərt təpki: "Üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq"

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədi boyunca təxribatları barədə məlumat yayıb.

Polemika.az xəbər verir ki, məlumat qeyd olunur: "Son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam edirib".

XİN sərhəddə törədilən təxribatlara və Azərbaycan Ordusunun hərbi qulluqçusunun öldürülməsinə sərt şəkildə təpki verib:

"Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də "3+3" formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq".

XİN-dən İrəvana sərt təpki: "Üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq"