Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb

2021-ci ilin yanvar-noyabr ayları ərzində xarici ali təhsil ixtisasının tanınması haqqında 3021 müraciət üzrə ekspertiza həyata keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, keçirilən ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub.

Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib. 

Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb