"Vətəndaş müqaviləsi" Xaçatryanın namizədliyini rəsmən irəli sürdü

"Vətəndaş müqaviləsi" Xaçatryanın namizədliyini rəsmən irəli sürdü

"Vətəndaş müqaviləsi" Xaçatryanın namizədliyini rəsmən irəli sürdü

Ermənistanda hakim “Vətəndaş müqavilə” partiyası yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumatı təsdiqləyib.

Polemika.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bunu prezidentinin səlahiyyətlərini icra edən spiker Alen Simonyan elan edib.

Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. 

"Vaqn Xaçatryanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib. İnanıram ki, biz yaxşı namizəd seçmişik və o, öz vəzifəsini layiqincə yerinə yetirəcək", - deyə Simonyan qeyd edib.

Onun sözlərinə görə, prezidentliyə öz namizədliyi də irəli sürülüb, lakin bundan imtina edib

1090-cı illərin əvvəllərində Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, 2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

"Vətəndaş müqaviləsi" Xaçatryanın namizədliyini rəsmən irəli sürdü