Vətən müharibəsində ən çox bu mahnıları dinlədik...

Vətən müharibəsində ən çox bu mahnıları dinlədik...

Vətən müharibəsində ən çox bu mahnıları dinlədik...

Vətən Müharibəsi ərəfəsi və ondan sonra bir sıra təsirli hadisələrə şahidlik etdik. Birlikdə sevindik, birlikdə üzüldük və xeyli duyğlu anlar yaşadıq. Bir sözlə, 7-dən 77-yə hər kəs ordunun yanında, arxasında oldu, onlarla birlikdə mübarizə apardı və sonda haqqımız olan qələbəni əldə etməklə, ərazi bütövlüyümüzü təmin etdik.

Polemika.az xəbər verir ki, bu ərəfələrdə həm də, insanlarımızın əhval-ruhiyyəsinə xitab edən mahnılar da üzə çıxdı və bunlar böyük izləyici kütləsi topladı. Müharibənin başa çatmasından bir il ötməsinə baxmayaraq, sözügedən mahnılar hələ də sosial şəbəkələrdə, anım günlərində, proqramlarda səsləndirilir.

Bunu nəzərə alaraq, müharibə dövründə məşhurlaşan mahnılardan bəzilərini təqdim edirik:

- Çinarə Məlikzadənin ifa etdiyi "Azərbaycan" mahnısı hər birimizi ruhlandırdı. Bu mahnını da şəhid analarımızın, qazilərimizin görüntülərinin fonunda eşitdik.

"İncə bellim" adlı mahnının ifaçısı mərhum müğənnimiz Yalçın Rzazadə olub. Musiqisini Emin Sabitoğlu bəstələyib. Xalq şairi Nəriman Həsənzadənin "Azərbaycan" şeirinin sözləri ilə oxunan bu mahnı da hər birimizi həm kövrəltdi, həm də qürurlandırdı.

- İlhamə Qasımovanın ifa etdiyi "Ey Vətən" mahnısı da hər birimizə təsir etdi.

Mahnınının musiqisi Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovaya, sözləri isə şair Dəmir Gədəbəyliyə məxsudur. Məlumat üçün xatırlaqdaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda məhz bu mahnını dinləyərkən görüntüləri yayılmışdı.

- Çingiz Mustafayevin ifa etdiyi, illərdir hər kəs tərəfindən bəyənilən "Ana, mən şəhid oldum" mahnısı müharibə dövründə yenidən gündəmdə oldu.

Sosial şəbəkələrdə də milyonlarla baxış olan mahnının müəllifi elə ifaçı özüdür. Qeyd edək ki, ifaçı bu musiqini türk dilində də səsləndirib.

- Günel Məhərrəmovanın ifa etdiyi "Ağlama şəhid anası" mahnısı da milyonlarla insan tərəfindən izlənilib.

Sosial şəbəkələrdə hələ də paylaşılır. Bu mahnının da müəllifi ifaçı Günel Məhərrəmovanın özüdür.

- "Yaşa Azərbaycan" mahnısını demək olar hər kəs eşidib.

Bu mahnıda əsgərlərimizə, ordumuza, dövlət başçısına sevgidən, heyranlıqdan bəhs olunur. Mahnı yutubda milyonlara izlənilib. Mahnının ifaçısı və müəllifi Nurlan Ordubadlıdır.

- "Can gedirik almağa" mahnısı da müharibə ərəfəsində haradasa mütləq qarşımıza çıxdı.

Bu mahnı da sosial şəbəkədə milyonlarla insan tərəfindən izlənilib. Mahnıda torpaqlarımızı işğaldan azad etməyə getməkdən söhbət gedir. Mahnının ifaçısı və müəllifi Rövşən Binəqədilidir.

- "Unutmaq olmaz" mahnısı da bu ərəfələrdə milyonlarla insan tərəfindən dinləndi.

Bu mahnının da ifaçısı və müəllifi Rövşən Binəqədilidir./Qafqazinfo

Vətən müharibəsində ən çox bu mahnıları dinlədik...