Vupi Qoldberq 2 həftəlik cəzalandırıldı

Vupi Qoldberq 2 həftəlik cəzalandırıldı

Vupi Qoldberq 2 həftəlik cəzalandırıldı

Amerikalı aktrisa Vupi Qoldberq Holokost haqqında açıqlamasına görə "ABC News"un "The View" tok-şousundan uzaqlaşdırılıb.

Polemika.az "The Hollywood Reporter"ə istinadla xəbər verir ki, şou "səhv və təhqiredici şərhlərinə görə 2 həftə müddətinə dayandırılıb.

"Vupi üzr istəsə də, mən ondan şərhlərinin təsiri barədə düşünməsini və öyrənməsini xahiş etdim. Bütün ABC News təşkilatı yəhudi həmkarlarımız, dostlarımız, ailəmiz və icmalarımızla həmrəydir,” - "ABC News"un baş direktoru Kim Qodvin sənətçinin qeydlərinin yayımçının dəyərlərinə uyğun olmadığını qeyd edib.

Aktrisa bir müddət əvvəl Holokostun “ağ irqin üstünlüyü” ilə bağlı deyil, “insanın insana qeyri-insani münasibəti ilə bağlı” baş verdiyini bildirib. Buna cavab olaraq bir çoxları onu antisemitizmdə və Holokostu inkar etməkdə ittiham ediblər.

Vupi Qoldberq 2 həftəlik cəzalandırıldı