Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam

Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam

Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalayıb.

“Polemika.az” xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam