Vasif İsmayılın anası koronavirusdan vəfat etdi - Foto

Vasif İsmayılın anası koronavirusdan vəfat etdi - Foto

Vasif İsmayılın anası koronavirusdan vəfat etdi - Foto

Tanınmış həkim uroloq  cərrah Vasif İsmayila ağır itki üz verib.

Polemika.az xəbər verir ki həkimin anası vəfat edib. Vasif İsmayil bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Əziz anam Hafizə xanımı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı. Buraya qədərmiş. 

Anamın canı üçün əlləşən Dr. Araz bəyə, Mərkəzi Gömrük Hospitalının rəhbəri Dr. Elman bəyə, bütün Gömrük hospitalı əməkdaşlarına, dostlarıma minnətdarlığımı bildirir, haqqlarını halal etmələrini ərz edirəm. 

Mərhumun dəfni öz ad günündə, 69 illiyində (28.12.2021) Sumqayıt şəhəri məscidlərinin birində cənazə namazının qılınmasını sonrasında Sumqayıt şəhər məzarlığında olacaqdır. Mövcud epidemioloji vəziyyətə əsasən ancaq dəfn mərasimi olacaqdır. 

Cənazə namazı 28 Dekabr, 2021-ci ildə saat 13:00-da Sumqayıt, 6-cı mikrorayon, Şərq bazarı dairəsinin yanındakı məsciddə qıllnacaqdır".Bir 1 nəfər, ağac və açıq hava şəkili ola bilər

Vasif İsmayılın anası koronavirusdan vəfat etdi - Foto