ÜST: "Daimi peyvəndlərlə əhalini yorma riski var” - Bəs Adil Qeybulla nə deyir?

ÜST: "Daimi peyvəndlərlə əhalini yorma riski var”

ÜST: "Daimi peyvəndlərlə əhalini yorma riski var” - Bəs Adil Qeybulla nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son açıqlamalarının birində bildirib ki, koronavirusa qarşı gücləndirici peyvəndlər məqsədəuyğun strategiya deyil. Qurum vurğulayıb ki, immun reaksiyası ilə bağlı problemlər ola bilər. "Təbii ki, daimi peyvəndlərlə əhalini yorma riski var”.

Polemika.az-a açıqlamsında tibb elmləri dpoktoru, professor Adil Qeybulla 3 və 4-cü dizaların məhz ÜST-ün tövsiyəsi ilə vurulduğunu qabardıb:

“Dozaların təyin edilməsi, vaksinasiyanın həyata keçirilməsi, "buster doza" - bütün bunlar ÜST-ün tövsiyələri əsasında olub. ÜST isə xəstəliyə nəzarət və proflaktika mərkəzlərinin tövsiyəsi ilə hərəkət edir. Yəni bunlar havadan götürülmüş bir şey deyil.

Pandemiyanın sonuna çatmaq üçün kollektiv immunitet formalaşmalıdır. Bu gün Azərbaycanda peyvənd olunan və yoluxanların arasında yaranan immunitet kollektiv immunitetə daha yaxındır. Buna görə də, “Omikron” ştammı sürətlə yayılmadı. Bu, mühüm şərtdir”.

Həkim "buster doza"nın heç bir zərərinin olmadığını söyləyib:

"“Buster doza"nın vurulması immunitetə əlavə dəstəkdir. “Omikron” ştammı digər mutasiya ştamlarına qarşı orqanizmin dözümlülüyünün davamlı olması, immun reaksiyasını formada saxlaya bilir”.

Mehri QURBAN

ÜST: "Daimi peyvəndlərlə əhalini yorma riski var” - Bəs Adil Qeybulla nə deyir?