Uşaqları küçədən yığma üsulu: "Şagird məktəbə əl izi ilə buraxılsın"

Uşaqları küçədən yığma üsulu: "Şagird məktəbə əl izi ilə buraxılsın"

Uşaqları küçədən yığma üsulu: "Şagird məktəbə əl izi ilə buraxılsın"

“2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Qanuna görə, şagirdlər mütləq şəkildə dərs saatlarında ümumtəhsil məktəblərində olmalıdırlar. Lakin bəzən görürük ki, dərs saatlarında uşaqlar əmək münasibətlərinə cəlb edilib”.

Bunu Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, nəzarət öhdəliyi Təhsil Nazirliyinin üzərinə düşür:

“Mütləq şəkildə hər bir şagird tədris prosesinə cəlb edilməlidir. Burada məsuliyyət məktəblərin üzərinə düşür. Məktəblərə də Təhsil Nazirliyi nəzarət etməlidir. Nazirlər Kabineti tərəfindən şagirdlərin bir sinifdən digərinə keçmə qaydaları var.

Qaydalara görə, şagirdlər uzun müddət ərzində tədris prosesindən kənarda qalarsa, onlar bir sinifdən digərinə keçirilmir. Bu, məsələnin həll yolu deyil. Şagirdlər dərsdə olmasa belə, onlara iştirak yazılır”.

K.Əsədov qeyd edib ki, məktəblərdə nəzarət mexanizmi aşağıdır:

“Təklif etmişdik ki, şagirdlərin hər biri məktəbə daxil olanda turniketdən keçsin. Şagird məktəbə əl izi ilə buraxılsın. Uzun müddət dərsdə iştirak etməsə, həmin şagird sinifdə saxlanılsın. 

Əl izi ilə şagirdin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi uşaqların əmək münasibətlərinə cəlb edilməsinin qarşısını ala bilər. Bununla da onların təhsilalma hüququ tam şəkildə təmin olunmuş olar”.

Nəzrin Vahid

 

Uşaqları küçədən yığma üsulu: "Şagird məktəbə əl izi ilə buraxılsın"