Bakıda marşrut avtobusunda tüstülənmə oldu

Bakıda marşrut avtobusunda tüstülənmə oldu

Bakıda marşrut avtobusunda tüstülənmə oldu

65 nömrəli marşrutda hərəkət edən avtobusunda tüstülənmə olub.

Bakı Nəqliyyat Agentliyindən Polemika.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, "Faiqoğlu MMC"-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.

Bakıda marşrut avtobusunda tüstülənmə oldu