Ukraynanın türk PUA-ları: Rusiya ilə müharibədə onlar tətbiq olunurmu?

Ukraynanın türk PUA-ları: Rusiya ilə müharibədə onlar tətbiq olunurmu?

Ukraynanın türk PUA-ları: Rusiya ilə müharibədə onlar tətbiq olunurmu?

“Ukrayna “Bayraktar TB-2” PUA-larından istifadə etmir" iddiası səhvdir. Burada miqyası da nəzərə almaq lazımdır. Çünki Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir və əməliyyatlar kifayət qədər geniş coğrafiyada həyata keçirilir. Ona görə də, Azərbaycanın və Ukraynanın “Bayraktar” tətbiqini tərəzinin eyni gözünə qoymaq doğru olmaz”.

Bunu Polemika.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, Ukraynanın Azərbaycana nisbətən “Bayraktar TB-2” PUA-larından effektiv istifadə etməməsi barədə səslənən fikirlərə münasibət bildirib:

“Ola bilsin ki, bunların tətbiqi ilə bağlı olan görüntülər az nümayiş etdirilir, amma istənilən halda Ukrayna ordusu özündən qat-qat güclü olan Rusiya ordusuna kifayət qədər ciddi zərbələr vurur. Hazırda Rusiya qoşunlarının bir neçə şəhərin, eləcə də bir addımlığına gəlib çatdığı Kiyevin "təmizləndiyini" görürük. Həmçinin, Xerson şəhərini də buraya əlavə etmək olar. Əgər PUA-lar, habelə “Javelin”, “Stinger” raketləri və s. olmasaydı, bu "təmizlənmələr"in həyata keçirilməsi mümkün olmayacaqdı”.

Hərbi ekspert qeyd edib ki, istənilən silah anbarlarda saxlamaq üçün alınmır:

“Onların sayı Ukraynanın miqyasına görə yetərli olmaya bilər, amam bu, onların istifadə edilmədiyinə dəlalət etmir. Ukrayna hazırda çox çətin bir imtahan qarşısındadır, amma ukraynalılar ölkələrini müdafiə etmək üçün əllərindən gələni artıqlamasıyla edirlər.

Azərbaycan ictimaiyyəti Ukraynanı dəstəkləyir. Çünki Ukraynanın mübarizəsi haqlı və ədalətlidir. Gec-tez onların ərazi bütövlüklərini bərpa etmələrini arzu edir və bunu gözləyirik”

Rafi MÜSLÜMOV

Ukraynanın türk PUA-ları: Rusiya ilə müharibədə onlar tətbiq olunurmu?