"Ukraynanın İsveç modelində neytrallığı müzakirə olunur" - Peskov

"Ukraynanın İsveç modelində neytrallığı müzakirə olunur" - Peskov

"Ukraynanın İsveç modelində neytrallığı müzakirə olunur" - Peskov

“İsveç modeli əsasında Ukraynanın neytrallığı Kiyev və Moskva arasında davam edən danışıqlarda müzakirə olunur".

Polemika.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Xatırladaq ki, danışıqlardan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, o, Ukraynada Avstriya və ya İsveç modelində neytral silahsızlaşdırılmış dövlət yaratmağı təklif edib.

Qeyd edək ki, İsveç-Avstriya neytrallıq modelləri ölkələrin Qərblə sıx siyasi və iqtisadi əlaqələr saxlamaqla NATO-ya üzv olmaqdan imtina etməsini nəzərdə tutur.

"Ukraynanın İsveç modelində neytrallığı müzakirə olunur" - Peskov