Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?

Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?

Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?

“Azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması fevraldan 28-dən başlayıb”.

Polemika.az xəbər verir ki, bu sözləri Diaspor TV-yə Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.

Onun sözlərinə görə, bu gün 1000 -dən çox azərbaycanlı Rumıniyaya təxliyə olunub:

“Azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması 28 fevraldan başlayıb. Onları qalacaq yerlə, ərzaqla təmin olunub. Həmvətənlərimizdən bəziləri Bakıya təxliyə olundular. 45-ə yaxın həmvətənlimiz Türk Hava Yolları vasitəsilə İstanbula çatdırıldı”.

V.Həsənov qeyd edib ki, artıq otellərdə yer olmadığına görə, həmvətənlərimiz idman zallarında yerləşdirilib:

“Bəzi həmvətənlərimiz avtobus və öz şəxsi avtomobilləri ilə Rumıniya sərhədindən keçdilər. Onlar Azərbaycana Rumıniya, Bolqarıstan, Türkiyəni keçməklə gələ bilərlər. Birbaşa aviareys yoxdur.

Artıq Rumıniyada boş otel tapmaq çətindir. Çünki Ukraynadan gələn insanlar otelləri bron ediblər. Buna görə onları idman zalları, müvafiq yaşayış yerlərində yerləşdiriblər”.

Nəzrin Vahid 

Ukraynadan Rumıniyaya keçən azərbaycanlılar nə zaman vətənə dönəcək?