"Rusiyanın mövqeyi bir qədər yumşalıb" - Ukrayna rəsmisi

"Rusiyanın mövqeyi bir qədər yumşalıb" - Ukrayna rəsmisi

"Rusiyanın mövqeyi bir qədər yumşalıb" - Ukrayna rəsmisi

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna və Rusiya arasında aparılan danışıqların 2-ci raundunun təfərrüatlarını açıqlayıb.

Polemika.az xəbər verir ki, Rusiya nümayəndə heyəti denazifikasiya və s. haqqında danışmağı dayandırıblar.

Arestoviç deyib:

"Ukraynanın neytral dövlət statusu mövzuna toxunulmayıb. Söhbət daha çox Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısının alınmasından gedirdi.

Tələblərin bu azaldılması onu göstərir ki, Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə hərbi yolla nail olmağın qeyri-mümkünlüyünü başa düşür".

Müşavir son danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb:

“Ukraynanın mühasirədə olan, Rusiyanın işğalından zərər çəkmiş şəhərlərə humanitar yardım çatdırılması və ya humanitar dəhlizlərin yaradılması ilə bağlı tərəflər arasında nəzəri razılaşma var”.

"Rusiyanın mövqeyi bir qədər yumşalıb" - Ukrayna rəsmisi