Ukraynadan dəhşətli görüntülər: Qurbanlar kütləvi məzarda dəfn edilir - Video

Ukraynadan dəhşətli görüntülər: Qurbanlar kütləvi məzarda dəfn edilir - Video

Ukraynadan dəhşətli görüntülər: Qurbanlar kütləvi məzarda dəfn edilir - Video

Rusiya-Ukrayna müharibəsinin 15-ci günüdür. Atışmaların intensivliyi və qurbanların sayının artması səbəbindən Ukrayna  meriyasının dəfn mərasimləri üçün kifayət qədər vaxtı və işçiləri olmadığı deyilir. Rus ordusunun Ukraynanın Mariupol şəhərini davam etdirdiyi bombardmanlar zamanı şəhər xidməti kimin kim olduğunu ayırd etmədən onlarla qurbanı, ölən əsgərləri, mülki vətəndaşları tələsik kütləvi məzarlıqda basdırırlar.

Polemika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Xəbərdə qeyd olunub ki, şəhərin mərkəzindəki köhnə qəbiristanlıqda 25 metr uzunluğunda xəndək qazılıb. Həmin xəndək Mariupolun hər yerindən, morqlardan və şəxsi evlərdən gətirilən cəsədlərlə doludur. Qəbirqazanlar çərşənbə axşamı 40, çərşənbə günü isə daha 30 cəsəd qəbul etdiklərini deyirlər. Onlar arasında Rusiya atəşi nəticəsində həlak olanlar, xəstəlik və ya təbii səbəblərdən dünyasını dəyişənlər də var.

Məlumatda qeyd olunub ki, qurbanların sayı sürətlə artır və basdırılanların dəqiq sayını artıq müəyyən etmək mümkün deyil.

Mehri QURBAN

Ukraynadan dəhşətli görüntülər: Qurbanlar kütləvi məzarda dəfn edilir - Video