Ukraynada daha bir futbolçu öldürüldü

Ukraynada daha bir futbolçu öldürüldü

Ukraynada daha bir futbolçu öldürüldü

Ukraynanın "Karpat" klubunun futbolçusu Vitali Sapilo Rusiya qoşunları ilə döyüş zamanı həlak olub.

Polemika.az xəbər verir ki, 2-ci divizion təmsilçisinin 21 yaşlı üzvü Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb. O, Kiyevin müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və daha sonra dünyasını dəyişib.

Qeyd edək ki, iki gün əvvəl 2-ci liqanın digər təmsilçisi “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub. 

Ukraynada daha bir futbolçu öldürüldü