Ukrayna şərtlərini açıqladı: "Rus qoşunları dərhal çıxmalıdır!"

Ukrayna şərtlərini açıqladı: "Rus qoşunları dərhal çıxmalıdır!"

Ukrayna şərtlərini açıqladı: "Rus qoşunları dərhal çıxmalıdır!"

Ukrayna Rusiyadan atəşkəs və qoşunların dərhal çıxarılmasını gözləyir.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Rusiya Federasiyasından fərqli olaraq bizdə hər şey plan üzrə gedir. Çalışırıq, ölkəni müdafiə edirik... Sözün əsl mənasında... Rusiya nümayəndə heyəti ilə danışıqların dördüncü raundu başlayıb. Ölkəmizin böyük şücaətinin 19-cu günüdür. Bizim mövqelərimiz dəyişməz olaraq qalır - sülh, dərhal atəşkəs, bütün rus qoşunlarının Ukraynadan çıxarılması. Yalnız bundan sonra hansısa qonşuluq münasibətlərindən danışmaq olar”, - Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiya ilə söhbət çətin olacaq:

“Rusiya Federasiyası aqressiv hərəkətlərinin absurdluğunun fərqində olsa da, dinc şəhərlərə qarşı 19 günlük zorakılığın düzgün strategiya seçimi olduğu illüziyası altında qalır”.

Danışıqların bundan əvvəlki 3 raundu Belarus ərazisində baş tutub. 

Ukrayna şərtlərini açıqladı: "Rus qoşunları dərhal çıxmalıdır!"