Ukrayna Rusiyadakı vətəndaşlarına müraciət etdi: "Ölkəni tərk edin!"

Ukrayna Rusiyadakı vətəndaşlarına müraciət etdi:

Ukrayna Rusiyadakı vətəndaşlarına müraciət etdi: "Ölkəni tərk edin!"

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasındakı vətəndaşlarına ərazini dərhal tərk etməyi, həmçinin Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Polemika.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Ukrayna hakimiyyəti bunu Rusiyanın iddia edilən təcavüzünün güclənməsi ilə izah edib ki, bu da xüsusilə Rusiya Federasiyası ərazisində konsulluq yardımı imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər.

Nazirlik xəbərdarlıq edib ki, bu göstərişlərə məhəl qoyulmamaq Rusiya Federasiyasında Ukrayna vətəndaşlarının adekvat müdafiəsinin təmin edilməsini xeyli çətinləşdirəcək”.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi prezident Volodimir Zelenskidən Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsməyi xahiş edib. Departament belə bir qərarı “vaxtında” hesab edir və Ukrayna lideri artıq bu xahişi nəzərdən keçirdiyini bildirib. 

Ukrayna Rusiyadakı vətəndaşlarına müraciət etdi: "Ölkəni tərk edin!"