Ukrayna ordusuna əsir düşmüş rusiyalı kəşfiyyatçılar mətbuat konfransı veriblər

Ukrayna ordusuna əsir düşmüş rusiyalı kəşfiyyatçılar mətbuat konfransı veriblər

Ukrayna ordusuna əsir düşmüş rusiyalı kəşfiyyatçılar mətbuat konfransı veriblər

Hərbi əməliyyatlar nəticəsində Ukrayna tərəfinə əsir düşmüş rusiyalı hərbçilər yerli və xarici ölkələrin mətbuat nümayəndələrinin qarşısında çıxış ediblər.

Mətbuat konfransının açılışında bildirilib ki, çıxış edən şəxslər Rusiya ordusunun kəşfiyyatçılarıdı.

İlk söz alan rusiyalı hərbçi Sergey Qalkin onlarla yaxşı davranıldığını, qida ilə təmin edildiklərini bildirib:

O, Ukraynada hospitalda müalicə aldığı müddətdə Rusiya ordusu tərəfindən mülki əhalinin məskunlaşdığı şəhərin bombardmana məruz qalmasına şəxsən şahidlik etdiyini vurğulayıb.

Çıxış edən Rusiya ordusunun digər əsir düşən hərbi qulluqçusu Vladimir Raskazov isə ukraynalılardan üzr istəyib:

“Buraya hərbi cinayətkar kimi gəldiyimizə görə ukraynalılardan üzr istəmək istəyirik”.

Digər hərbi əsir Sergey Qlaşko isə öz ölkəsinin rəhbərliyinə müraciət edərək hərbi əməliyyatların dayandırılmasını istəyib.

Mətbuat nümayəndələrinin qarşısına çıxan digər rusiyalı hərbçi Maksim Çernik isə bildirib ki, Ukraynada olduğu müddətdə heç bir faşistə və zülmə rast gəlməyib. /Oxu.az

Ukrayna ordusuna əsir düşmüş rusiyalı kəşfiyyatçılar mətbuat konfransı veriblər