Ukrayna müharibəsi: Dünyanın real “Squid Game”i...

Ukrayna müharibəsi: Dünyanın real “Squid Game”i...

Ukrayna müharibəsi: Dünyanın real “Squid Game”i...

Hərdən fikirləşirəm ki, Ukraynada baş verənlər Hollivud filminin çəkiliş meydanıdır. Yaşanan görüntülər bizə çox tanışdı. 

Bəlkə də bir filmə baxırıq xəbərimiz yoxdu. Elə bir çox filmlərdən də görmüşük ki, pulunu hara xərcləyəcəyini bilməyən, super varlı təbəqə insanların həyatını oyuna çevirir. Onların həyatı üzərinə mərcə girirlər. 

Çox da dərin fikirləşmədən ağlıma elə bu yaxınlarda məşhurlaşmış, bəlkə də dünya əhalisinin yarıdan çoxunun izlədiyi “Squid Game” (Kalmar oyunu) gəlir. Orda da insanlar varlıların oyuncağı, əyləncə alətidirlər. 

Bu gün dünya nə izləyir? Müharibə, film ya oyun? Oyundursa, bu kimin oyunudur? 

Oyun olmağına oyundur. Tarix boyu bütün müharibələr kimlərinsə oyunu olub, amma günümüzdə varlı-kasıb təbəqəsi arasındakı uçurum genişləndikcə müharibəyə yanaşma da dəyişir. Nəzərə alsaq ki, filmlər əksər hallarda həyatımızın aynasıdı, bu variant bir az düşüncürücüdü. Bəlkə də belədir, Ukrayna mərcə qoyulub.

Avropa və ABŞ sanki bu oyun üçün fürsət gözləyirmiş kimi Ukraynaya silah-sursat verir. Rusiya isə öz oyununu qurmaq istəyərkən onların oyununun oyunçusu olub. Fikirlərim hədsiz abstrakt görünsə də, reallıqdan  çox da kənar deyil. Dərin siyasət olduğu kimi, dərin dünya idarəçiliyi də mövcuddur. Biz sadəcə bizə bəs edəcək məlumatları almaqla kifayətləndirilirik.  

Bu gün Ukrayna da, Rusiya da oyunun içindədir. Oyunun adı  “Müharibə”dir. İzləyicisi isə bizik. 

Hər kəs öz tərəfini seçir və filmlərdə olduğu kimi seçilən tərəf əzilən, günahsız tərəfdir. Ukrayna isə əsl şücaət mərdlik göstərir. Elə ilk əvvəldə o boyda Rusiyaya qarşı nə bir addım geri çəkildi, nə də əyildi. Hərbi gücləri arasında yerlə-göy qədər fərq olsa da qul olmağı yox, qəhrəmanlıq yolunu seçdilər. Ölümü hər halı ilə gözə aldılar, qorxmadılar, çünki “Qorxu – ağıl qatilidir”  - “Dune” filmində deyildiyi kimi.

Cavad Salmanlı

Ukrayna müharibəsi: Dünyanın real “Squid Game”i...