“Ukrayna kimi müharibə aparmağa nə var ki, bütün dünya yanındadır, amma biz tək idik...”

“Ukrayna kimi müharibə aparmağa nə var ki, bütün dünya yanındadır, amma biz tək idik...”

“Ukrayna kimi müharibə aparmağa nə var ki, bütün dünya yanındadır, amma biz tək idik...”

“Rusiya artıq müharibədə məğlub olub. Ukrayna isə artıq qalibdir. Baxmayaraq ki, şəhərləri dağıdılır, insanlar həlak olur, amma ordu, xalq vətənini müdafiə etmək üçün döyüşür. Bu müharibə Rusiyanın sonu deməkdir. Nə olsun, vaxtilə Hitler də müəyyən qələbələr əldə etmişdi”.

Polemika.az xəbər verir ki, bu barədə “Ümid” Partiyasının sədri İqbal Ağazadə Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib. İ.Ağazadə Rusiyanın nüvə silahından istifadə etməsi məsələsinə də toxunub:

“Hər şeyi proqnozlaşdırmaq mümkündür, müasir dünyanın da öz şərtləri var. Əgər 1945-ci ilin sentyabr ayında nüvə silahından istifadə olunubsa, niyə 2022-ci ildə ondan istifadə olunmasın. Amma bu o demək deyil ki, Putin bunu deyibsə, mütləq olacaq və ya olmayacaq. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsini 44 günlük bir çərçivəyə salmaq və yaxud da bəlli bir vaxtda bitəcəyini demək çox çətindir. Amma güman edirəm ki, müharibə daha tez bitə bilər, çünki bu daha böyük coğrafiyanı özündə birləşdirir. Daha böyük ölkələr bura qoşulub, bizə baxmayın. Ukrayna kimi müharibə aparmağa nə var ki, bütün dünya yanındadır. Amma bizim yanımızda heç kim yox idi, təkbaşınaydıq”.Moderator.az

“Ukrayna kimi müharibə aparmağa nə var ki, bütün dünya yanındadır, amma biz tək idik...”