Üçtərfli İşçi Qrupun Moskva görüşü: "Rusiya Ermənistanı buna məcbur etməlidir"

Üçtərfli İşçi Qrupun Moskva görüşü: "Rusiya Ermənistanı buna məcbur etməlidir"

Üçtərfli İşçi Qrupun Moskva görüşü: "Rusiya Ermənistanı buna məcbur etməlidir"

Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin bu həftə hər üç ölkənin Baş nazirlərinin müavinlərindən ibarət Üçtərfli İşçi Qrupun Moskvada yeni bir görüş keçirəcəyini vurğulayıb. Moskva görüşündən nələri gözləməliyik?

Polemika.az-a açıqlamasında “Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Xəyal Bəşirov bildirib ki, 10 noyabr 2020-ci il bəyanatı ilə Rusiyanın üzərinə müəyyən öhdəliklər düşür. 

“Regionda sülhün bərqərar olması ilə yanaşı, Rusiya gələcəkdə sülh sazişinin imzalanması istiqamətində real addımların atılmasına şərait yaratmalı və tərəfləri buna sövq etməlidir. Əsas məqam budur ki, Prezident İlham Əliyev çıxışlarında daim qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının ilk şərti sərhədlərin müəyyənləşdirilməsi prosesidir. Əgər ölkələr bir-birinin sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü tanımasa, aramızda sülhdən söhbət gedə bilməz”, - deyə politoloq qeyd edib.

X.Bəşirov Üçtərəfli İşçi Qrupun Moskva görüşündə sərhədlərin delimitasiya və demarkasiya prosesinə aydınlıq gətirəcəyini düşünür: 

“Eyni zamanda, Azərbaycanın prinsipial olaraq ortaya qoyduğu Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində praktiki addımlar atılmasıdır. Təbii ki, bu 10 noyabr 2020-ci il Moskva bəyanatında və 26 noyabr 2021-ci il Soçi bəyatında əksini tapıb. 30 il blokadada qalmış kommunikasiyaların açılması çox vacibdir. Azərbaycan Laçın dəhlizi vasitəsilə bu şəraiti Ermənistana yaradıb. İndi Ermənistan da Zəngəzur dəhlizinin reallaşmasına imkan yaratmalıdır. Təəssüf ki, rəsmi İrəvan bu istiqamətdə hər hansı bir addım atmayıb”.

Rafi MÜSLÜMOV

Üçtərfli İşçi Qrupun Moskva görüşü: "Rusiya Ermənistanı buna məcbur etməlidir"