Üç gün əvvəl itkin düşmüş kursant tapıldı

Üç gün əvvəl itkin düşmüş kursant tapıldı

Üç gün əvvəl itkin düşmüş kursant tapıldı

3 gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Polemika.az xəbər verir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

Üç gün əvvəl itkin düşmüş kursant tapıldı