Üç COVID xəstəsi tutuldu

Üç COVID xəstəsi tutuldu

Üç COVID xəstəsi tutuldu

Yanvarın 18-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.

Onlar tibbi prosedurlar gözlənilməklə yaşadığı evlərə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Üç COVID xəstəsi tutuldu