Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?

Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?

Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?

Ötən gün təhsil eksperti Kamran Əsədov "Facebook” səhifəsində paylaşım edərək bildirib ki, MUZ TV-də yayımlanan "Tarixin bir günü" verilişində qonaq olacaq və təhsili ictimai müzakirə edəcəklər.

Polemika.az xəbər verir ki, bu paylaşıma insanlar fərqli təpki veriblər.

Kamran Əsədov qeyd edib ki, insanlar düşünməsinlər ki, ictimai qınağa görə verilişdə iştirak etməyib, əslində səbəb başqa olub:

"Düşünməsinlər ki, mən ictimai qınağa görə verilişə getmədim. Sadəcə dedim ki, mənim bu platformada problemi deməyim düzgün olmaz. Həm də mənim orada çıxışım birtərəfli monoloq şəklində olacaqdı, çünki başqa təhsil eksperti dəvət olunmamışdı. Yəni, problemi gərək həmin sahənin mütəxəssisləri ilə müzakirə edəsən. Kütlə baxımından Tarix Əliyev kifayət qədər geniş kütləyə malikdir. İstər sosial şəbəkələrdən, istər televiziyadan. Amma həqiqətən insanlar bu məsələdən narahat olsaydılar, bir baxardılar ki, nə müzakirə olundu, nə deyildi. Mənim əsas məqsədim budur ki, təhsil müzakirə olunsun. Təhsil hanısa 5-6 nəfərin kabinetdə yığılıb çay içə-içə müzakirə edəcəyi bir məsələ deyil, təhsil bizim hamımızın işidir, ictimai işdir. Bunları ciddi müzakirə etmək lazımdır, amma ciddi müzakirəyə də insanlar heç biri baxmır”.

Məsələ ilə bağlı Tarix Əliyev (Tolik) AZXEBER.COM-a açıqlamasında bildirib ki, Kamran Əsədov verilişə gəlməsə də, efir çox maraqlı olub:

"Mən Kamran müəllimi həyatdan tanımıram, amma onu çox verilişlərdə görmüşəm. Onun doğurdan da yaxşı bir təhsil eksperti olduğunu bilirəm. Amma prodüserə deyib ki, insanlar tərəfindən təpki gəlib. Düzü, nə müzakirələr olub, bu barədə xəbərim yoxdur. Onlar gedib Lalə Azərtaşın verilişində otururlar, Ora ekspert kimi nəyə gedir ki? Gedib ailə problemlərindən danışır, mən təhsil üçün çağırmışdım. Bizim verilişə gəlmədi, canı sağ olsun, bizim veriliş də maraqlı keçdi, tamaşaçılar da gördü ki, mən istəsəm sosial mövzulara toxuna bilərəm”.

Təhsil eksperti Tolikin verilişinə niyə qatılmadı?