TƏBİB açıqladı: Ağır koronaviruslu xəstələrin sayı azalıb

TƏBİB açıqladı: Ağır koronaviruslu xəstələrin sayı azalıb

TƏBİB açıqladı: Ağır koronaviruslu xəstələrin sayı azalıb

Son aylarda laborator təsdiqli COVID-19 xəstələrinin təxminən 4%-i pandemiya müəssisələrində hospitalizasiya edilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yenisaabah.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, peyvəndlənmə prosesinin sürətli getməsi ilə əlaqədar hospitalizasiya faizi aşağı düşüb:

“Beynəlxalq təcrübəyə əsaslanıb deyə bilərik ki, hazırda “Omicron” yayılmağa başladığı ölkələrdə "Delta" ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omicron” ilə əlaqəli olduğu bildirilir. Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”.

TƏBİB açıqladı: Ağır koronaviruslu xəstələrin sayı azalıb