Türkmənistanda prezident seçkilərinə start verildi

Türkmənistanda prezident seçkilərinə start verildi

Türkmənistanda prezident seçkilərinə start verildi

Bu gündən Türkmənistanda prezident seçkiləri üçün seçki kampaniyasına start verilib.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, onun birinci mərhələsi namizədlərin irəli sürülməsidir.

Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər. Türkmənistanda üç siyasi partiya var: Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir.

Türkmənistanda anadan olmuş, yaşı qırxdan aşağı olmayan, dövlət dilini bilən, son on beş il ərzində ölkədə daimi yaşayan və işləyən ölkə vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa ölkə xalqı tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.

Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.

Daha sonra ölkənin ən yüksək dövlət vəzifəsinə 8 namizəd sənəd verib.

 

Türkmənistanda prezident seçkilərinə start verildi