Türkiyəli nazir Bakıya gəldi

Türkiyəli nazir Bakıya gəldi

Türkiyəli nazir Bakıya gəldi

Dekabrın 21-22-də keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıya gəlib.

Polemika.az-ın məlumatına görə, bu barədə F. Dönməz "Twitter" hesabında yazıb. 

Qeyd edək ki, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və F. Dönməzin həmsədrliyi altında keçiriləcək. Dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur.

Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. 

Türkiyəli nazir Bakıya gəldi