“Türkiyəli hərbçilər rusların susqunluğuna rəğmən, mövcud vəziyyəti geniş auditoriya ilə bölüşməyə başlayıblar”

"Bu xəbər diqqətimi çəkdi. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb. Məlumatı “TRT Haber” telekanalı Azərbaycandakı əməkdaşı Fatih Avanosa istinadən yayıb".

Polemika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, türkiyəli jurnalist Fatih Avanos Ağdamdakı mərkəzdə ezamiyyətdə olub:

"Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan Fatih Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib. Onun sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir. Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntuların minimum sayı 203-dür”".

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin atəşkəsin pozulmasının monitorinqi barədə məlumatıyla ilk dəfədir tanış oluram. Maraqlıdır ki, bu məlumat Monitorinq Mərkəzinin ancaq Türkiyə təmsilçiləri tərəfindən yayılıb. Avanosun sözlərindən aydın olur ki, o açıqladığı məlumatı türkiyəli hərbçilərdən alıb. Bu halda məntiqi sualllar yaranır: Mərkəzdə birgə xidmət keçən Rusiya tərəfi Türkiyə tərəfinin son məlumatını bölüşürmü? Bölüşürsə, biz indiyənə qədər Rusiya tərəfdən niyə bir açıqlama eşitməmişik? Atəşkəsin 203 dəfə ermənilər tərəfdən pozulması kiçik rəqəm deyil. Türkiyəli hərbçilər rusiyalı hərbçilərin susqunluğuna rəğmən, mövcud vəziyyəti geniş auditoriya ilə bölüşməyə başlayıblar. Bu doğru strategiyadır", - deyə E.Şahinoğlu qeyd edib.

“Türkiyəli hərbçilər rusların susqunluğuna rəğmən, mövcud vəziyyəti geniş auditoriya ilə bölüşməyə başlayıblar”