“Ermənistan Qarabağa əsgər də, silah da göndərir” – Hərbi ekspert

“Ermənistan Qarabağa əsgər də, silah da göndərir” – Hərbi ekspert

“Ermənistan Qarabağa əsgər də, silah da göndərir” – Hərbi ekspert

Qarabağda müharibənin bitməsindən 1 il ötüb. 9 noyabr Atəşkəs Bəyanatına əsasən, Ermənistan hərbi birləşmələri münaqişə bölgəsinin müəyyən ərazilərindən çıxarılıb. Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlıları atəşkəs rejimini qoruyur. Bölgədə qalana separatçı ordu Ermənistandan hərbi təminatı haradan və necə alır? Bu qeyri-qanuni hərbi kontingenti silah-sursatla kim təmin edir? Ermənistanda həqiqi hərbi xidmətə çağırılmış şəxslər Qarabağa xidmətə göndərilirmi?

Nəzərə alınmalı həm də budur ki, Ermənistan ordusunda hərbi xidmət müddəti 2 ildir və müharibədən sonra, artıq oradakı çağırışçı hərbçilərin 1 ili tamamlanıb. Onda qondarma Artsax Müdafiə Ordusu (AMO) öz mövcudluğunu necə qoruya bilir?

Polemika.az-a açıqlama verən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya 2020-ci ildə bölgəyə gələndə oradakı erməni yaraqlıların çıxarılması, tərksilah edilməsi öhdəliyi götürüb. Amma 1 ildə bu öhdəliklərin yerinə yetirilməyib:

“Aydın məsələdir ki, hazırkı mərhələdə sülhməramlılar iş görmək istəmirlər. Putin, Lavrov, və Şoyqu düşünməməlidirlər ki, Azərbaycan xalqının verdiyi möhlət daimi olmayacaq. Noyabrın 10-da sülhməramlılar gördükləri iş barədə hesabat verməlidirlər. Sözsüz ki, hesabatda gəlişigözəl cümlələr yazacaqlar, çünki Mariya Zaxarova hər həftə ənənəvi brifinqində bu səpkidə “ağıllı” fikirlər səsləndirir.

O bəzi məsələləri açıq şəkildə təhrif edir. Azərbaycan tərəfi diplomatik şəkildə buna münasibət bildirməsə də, ortada Azərbaycan MN-in Hərbi Polisinin avtomobilinin atəşə tutulması, Goranboydan olan əsgərimiz Əfqan Həmzəyevin şəhid edilməsi və digər bir neçə fakt var. Ən biabırçı fakt budur ki, guya Azərbaycan snayperçisi Ağdərədə erməni traktorçunu 3 km 600 m məsafədən həyata keçirib. Sual verirəm: qızdırmanız təsadüfən 45 dərəcəyə çatmayıb ki? Harada görünüb ki, 3 km 600 m məsafədən snayper atəşiylə insan öldürülsün? Ümumiyyətlə, o silahı harada görüblər?”

Ü.Cəfərov əlavə edib:

“İddia edilir ki, guya Ermənistandan Qarabağa əsgər gəlmir. Sübutu varmı? Bir müddət əvvəl video və foto görüntülərlə də sübut olunub ki, Qarabağa əsgər də, silah da göndərilir, hətta başqa hoqqalar da çıxarılır. Oradakı separatçılar nə qədər qüvvəsi var ki, bölgədə hansısa hərbi əməliyyatı həyata keçirsinlər? Loru dildə desək, bir həsir, bir Məmmədnəsirdirlər. Arayikin axı nə gücü var?! Amma bütün bunların başında Rusiyanın şovinist, militarist, irqçi hissləri durur. Bu da öz növbəsində uzun müddət davam edə bilməz”.

Rafi Müslümov

“Ermənistan Qarabağa əsgər də, silah da göndərir” – Hərbi ekspert