Türkiyədən Ukraynadakı vətəndaşlarına çağırış

Türkiyədən Ukraynadakı vətəndaşlarına çağırış

Türkiyədən Ukraynadakı vətəndaşlarına çağırış

Türkiyənin Xarici İşlər Nazirliyi son hadisələr nəzərə alınaraq vətəndaşlarını Ukraynanın şərq vilayətlərini tərk etməyə çağırıb.

“Polemika.az” xəbər verir ki, nazirlik Ukraynanın şərq bölgələrinə səfər edən vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Ukraynanın şərq bölgələrində baş verən son hadisələr nəzərə alınaraq Türkiyə vətəndaşlarının bu bölgələri tərk etmələri, zəruri hallarda Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamaları şiddətlə tövsiyə olunur.

Türkiyədən Ukraynadakı vətəndaşlarına çağırış