Bu maşınların sürücüləri niyə cərimələnir? - VİDEO

Bu maşınların sürücüləri niyə cərimələnir? - VİDEO

Bu maşınların sürücüləri niyə cərimələnir? - VİDEO

Bakıda çörək sexlərindən birinin iki sürücüsü cəriməyə görə işdən çıxmaq istəyirlər. Onlar iddia edirlər ki, dayanma və durma qaydasının pozulmasına görə ay ərzində 200-300 manat cərimə ödəyirlər. Sürücülərin sözlərinə görə bütün cərimələr mağazalara çörək verərkən yazılıb. Bəs bu cür zəruri qida məhsulu daşıyan şəxslərə belə yerlərdə güzəşt oluna bilərmi? 

“Polemika.az” Xəzər TV-yə istinadən xəbər verir ki, dayanma və durma qaydasının pozulmasına görə, mağazalara çörək daşıyan avtomobilllərə xeyli cərimə yazılır. 

Çörək sexində sürücü işləyən Nihat Süleymanzadə deyir ki, adətən cərimələr şəhərin mərkəzi küçə və prospektinin kənarındakı mağazaların qarşısında yazılır. Həmin ərazilərdə dayanma və durmaya kameralar vasitəsi ilə nəzarət edilir. Bu səbəbdən də onlar zəruri qida məhsulunu həmin mağazalara verərkən kameralar vasitəsi ilə anında onlara cərimə tətbiq edir. 

Abbas Abdullayev də çörək avtomobili idarə edir. O, deyir ki, çörək avtomobili mütləq qaydada mağazanın qarşısında dayanmaldır. Kənarda saxlayıb çörəyi açıq şəkildə mağazaya gətirmək həm gigiyenik cəhətdən düzgün deyil, həm də vaxt itkisidir. 

Millət vəkili Fazil Mustafa deyir ki, yol kənarında olan mağazalara zəruri qida məhsulu verən avtomobillərə güzəşt edilməlidir.  Onların sürücülərinə dayanma və durma qaydasının pozulmasına görə cərimə tətbiq etmək yanlış addımdır. Millət vəkili bu məsələni parlamentin iclasında gündəmə gətirəcəyini deyir.

Çörək sexinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət də ediblər. Qurumun mətbuat katibi Mais Ağayev deyir ki, küçə parklanma yerlərinin idarə olunmasına dair konsepsiyada bu kimi məsələlərin həlli də nəzərə alınıb.

Qeyd edək ki, dayanma və durmanın qadağan edildiyi ərazilərdə qanunvericiliyə görə, yalnzı operativ nəqliyyat vasitəsi dayana bilər. 

 

Bu maşınların sürücüləri niyə cərimələnir? - VİDEO