Türkiyədə sərnişin avtobusu aşdı - 21 nəfər yaralandı
Türkiyədə sərnişin avtobusu aşdı - 21 nəfər yaralandı
Türkiyənin Afyonkarahisar şəhərinin Çay rayonu ərazisində sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Polemika.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Çay Dövlət Xəstəxanası yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.