Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək

Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək

Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək

Bloomberg adı açıqlanmayan rəsmi mənbəyə isytinadən yazır ki, Türkiyə Rusiya və Ukraynanın iştirakı ilə hərbi əməliyyatların başlanması ssenarisində Kiyevin tərəfindən Moskva ilə münaqişəyə girməkdə maraqlı deyil.

Mənbə bildirib ki, bu, hətta Ankaranın NATO-ya üzvlüyü və Ukrayna tərəfi ilə Bayraktar TB2 pilotsuz uçan aparatlarının satışı şəklində hərbi əməkdaşlığın gücləndirilməsi nəzərə alınsa belə baş verməyəcək.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyənin Rusiya ilə hərbi qarşıdurma qurmaq istəməməsi prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini əks etdirir.

Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edərək, heç kimə hücum etmək fikrində olmadığını vurğulayıb. Moskva hesab edir ki, “Rusiya təcavüzü” ilə bağlı bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Xarici İşlər Nazirliyi bir müddət əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etmək üçün kömək etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

 

Türkiyə Ukrayna naminə Rusiya ilə döyüşməyəcək