Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?

Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?

Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?

Ankara Ermənistanın müxtəlif bölgələrinə aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır.

Polemika.az "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyə prezident administrasiyasında xarici siyasətlə bağlı qapalı müzakirələr gedir.

“İlk addım kimi Ermənistanla hava əlaqəsinin açılması qərara alınıb. Daha sonra digər bölgələrə uçuşlar məsələsi də gündəmə gətiriləcək. Xüsusilə Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda, ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və tikililər kimi bəzi tarixi tikililərin də bərpası nəzərdə tutulur. Erməni diasporunun təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”, - deyə türk nəşri yazır.

Bundan əvvəl Türkiyə Mülki Aviasiya İdarəsi Türkiyə və Ermənistanın fevralın 2-dən uçuşlar açacağını, reyslərin həftədə üç dəfə həyata keçiriləcəyini bildirmişdi.

Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?