Toy sahibi restoranı 4 min manat ziyana saldı

Toy sahibi restoranı 4 min manat ziyana saldı

Toy sahibi restoranı 4 min manat ziyana saldı

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polemika.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Navahı kəndində fəaliyyət göstərən “Şahsaray” şadlıq sarayında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb.

Obyektin icarədarı İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub və o, 4 000 manat məbləğində cərimə olunub.

Toy sahibi restoranı 4 min manat ziyana saldı