“Tokayev hakimiyyətdə çox qalmayacaq”

“Tokayev hakimiyyətdə çox qalmayacaq”

“Tokayev hakimiyyətdə çox qalmayacaq”

“Düşünürəm ki, Qazaxıstanda baş verən hadisələr birmənalı məsələ deyil. Təbii ki, məsələlərin üst qatında fantan başladı, amma bunun alt qatında illərlə hazırlanmış, həyata keçirilməsi düşünülən bir reallıq var idi. Təbii ki, Nursultan Nazarbayevin otuz illik hakimiyyəti və sonra da kosmetik olaraq hakimiyyəti Tokayevə ötürməsi dönəmində qazax xalqının hüquqları təbii ki, pozulmuşdu və bu daxili etiraz energetikası mövcud idi”.

Polemika.az xəbər verir ki, telejurnalist Orxan Fikrətoğlu Qazaxıstandakı hadisələri şərh edərkən deyib. O, burda Rusiyanın maraqlarını istisna etməyib:

“Həmin bu daxili etirazın bilərəkdənmi və ya təsadüfən olduğunu demək çətindir. Amma burda bilərəkdən məsələsini gündəmə gətirmək istəmirəm, çünki qazı qaldıran zavodun direktoru birmənalı olaraq Nazarbayevin klanının üzvü idi və o, heç vaxt Nazarbayevin əleyhinə o addımı atmazdı. İlk öncə insanlar əyalət və bölgələrdə ayağa qalxdılar. Amma ondan sonra müəyyən qüvvələr daha çox da Rusiyaya meylli qüvvələr bunu nəzarətə götürdülər. Bu qarışıqlıq içində Rusiya Qazaxıstan kimi Çin yolunu itirə bilməzdi. Əlbəttə ki, Nazarbayev və Tokayev də atdıqları hər bir addımı Rusiyayla razılaşdırırdılar. Amma birmənalı olaraq Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin, xüsusilə də əyləncə predmeti olan Paşinyanın ordusunun da Qazaxıstana girməsi əlbəttə ki, türk dünyasında və Azərbaycanın özündə də birmənalı qarşılanmadı. 

Düşünürəm ki, bu proseslər hələ uzun müddət davam edəcək. Bununla belə Qazaxıstanın birliyinin itirilməsi artıq faktdır. Bundan sonra Qazaxıstan Nazarbayevin dönəmindəki kimi böyük bir logistik mərkəzə çevrilə bilməz. Tokayev kimi siyasətçinin dönəmində Qazaxıstanın təbii sərvətlərini mənimsəyəcəklər. Amma inanmıram ki, Tokayev hakimiyyətdə çox qalsın. Düşünürəm ki, bunun üçün dırnaqarası azad seçkilər keçiriləcək və birbaşa Rusiyanın nəzarəti altında  olan siyasətçi Qazaxıstana prezident təyin olunacaq. Bu da nisbətən yarımiqtisadi baxımından bir qurumun yaranmasına gətirib çıxaracaq”./Moderator.az

“Tokayev hakimiyyətdə çox qalmayacaq”