Timati ukraynalı müğənnini söhbətə çağırdı

Timati ukraynalı müğənnini söhbətə çağırdı

Timati ukraynalı müğənnini söhbətə çağırdı

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar fonunda şou-biznes təmsilçiləri arasında silsilə qalmaqallar səngimək bilmir.

Polemika.az olay-a istinadən xəbər verir ki, bu dəfə gərginliyin mərkəzinə ukraynalı müğənni Maks Barskix və rus reper Timati düşüb. Hər şey Barskixin sosial şəbəkələrdə yerləşdirdiyi video ilə başlayıb. O, Ukraynadakı hərbi əməliyyatlardan yazaraq Rusiyanı "başqa heç kimin gəlmək istəmədiyi" ölkə adlandırıb və bir neçə təhqiredici sözdən istifadə edib.

Rus sənətçilərinin cavabı özünü çox gözlətməyib. Əvvəlcə, Slava ukraynalı müğənniyə cavab verib. Sonra Timati bütün bu illər ərzində ukraynalı sənətçini kimin "qidalandırdığını" xatırladıb.

O, reper Maksı söhbətə çağıraraq əlavə edib ki, görüşdə kimin həqiqətən söylədiyi təhqirlərə layiq olduğunu göstərəcək.

Timati ukraynalı müğənnini söhbətə çağırdı