“TikTok”da video paylaşan sürücü cəzalandırıldı

“TikTok”da video paylaşan sürücü cəzalandırıldı

“TikTok”da video paylaşan sürücü cəzalandırıldı

Zaqatalada avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən və görüntülərini Tik-Tokda paylaşan sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Polemika.az-a verilən məlumata görə, polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü N.Qaziyev idarə etdiyi “VAZ-2101” markalı nəqliyyat vasitəsilə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi də aşkarlanıb.

N.Qaziyevlə izahedici söhbətlər aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.

“TikTok”da video paylaşan sürücü cəzalandırıldı