Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu ifşa olundu

Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu ifşa olundu

Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu ifşa olundu

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq qərəzli fikirlər səsləndirib.

Deputat Azərbaycanla Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun iftira dolu açıqlaması Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

Bununla bağlı Modern.az-a danışan təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Ərdoğdu ilə bağlı sensasion faktı diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığını hədəfə almağa çalışan CHP millət vəkili terror təşkilatları ilə birbaşa əlaqədə olan şəxsdir.

İ. Muğlunun fikrincə, aşkar şəkildə terrorçuları dəstəkləyən Aykut Ərdoğdu iki qardaş ölkəyə qarşı qərəzli mövqe sərgiləməklə, hansı məqsədlərə xidmət etdiyini ortaya qoymuş oldu:

“Əlbəttə, hədəf təkcə Azərbaycan deyil, Türkiyə hökumətini çətin vəziyyətdə qoymaq istəyir. Aykut Ərdoğdu PKK terror təşkilatı, PYD və HDP ilə ciddi işbirliyindədir. O terror təşkilatı ilə əlaqədə olan şəxsdir. Onun Azərbaycanla bağlı açıqlaması sözsüz ki, qəbul edilməzdir. Eyni zamanda belə insanların fikirlərini ciddi qəbul etməməliyik. Bu cür addımlar bizim qardaşlığımızı poza bilməz. Sadəcə olaraq vəziyyəti gərginləşdirmək, problem yaratmaq istəyirlər. Biz bunlara önəm verməməliyik. Türkiyə daha öncə Azərbaycanın yanında olduğu kimi, bundan sonra da öz dəstəyini davam etdirəcək. Aykut Ərdoğdu kimi təxribatçılar heç vaxt dəyişməyəcəklər. Onların dedikləri bizi yolumuzdan döndərə bilməz”.

Qeyd edək ki, A.Ərdoğdunun PKK terror təşkilatına dəstək verməsi, yaraqlıların marağından çıxış etməsinə dair müxtəlif məlumatlara rast gəlmək olar. Onun ermənilərə xüsusi rəğbət bəsləməsi də heç kimə sirr deyil. Bəzi xəbərlərdə Ərdoğdunun milliyyətcə erməni olduğu bildirilir. 

Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu ifşa olundu