“Belə neqativ hadisələr “Azsektor”da olur, “Russektor”da bir dəfə də görməmişəm” - Qalmaqallı açıqlama

“Belə neqativ hadisələr “Azsektor”da olur, “Russektor”da bir dəfə də görməmişəm”

“Belə neqativ hadisələr “Azsektor”da olur, “Russektor”da bir dəfə də görməmişəm” - Qalmaqallı açıqlama

“Mən demirəm ki, uşaqları döymək lazımdır. Amma yumşaq yerinə, yanına bir şillə vurmaqla uşağa heç nə olmaz”.

Bunu Polemika.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

O, azyaşlılarla münasibətdə şiddətə qarşı olduğunu desə də, uşaqların valideynlərindən və müəllimlərindən mütləq çəkinməli olduğunu vurğulayıb.

“Heç kimin zəri tökülməz, paqonları düşməz. Guya bizi evdə valideyn tənbeh etmirdi ki?! Məgər valideyn səhərdən axşamacan uşağını ancaq sığallayır?! Şiddət yox, amma uşaq haradasa valideyn, müəllim zəhmini hiss etməlidir. Onu hiss eləməsə, o uşaqdan adam olmayacaq.

Adam olmaqla böyük bir müəssisəni idarə etmək, rəhbər olmaq tamam ayrı şeylərdir. Hamı elə bilir ki, oxudum, universitetə girdim, vəssalam, bitdi, amma adam olmadınız. Kimsə övladınıza təhsil, tərbiyə verirsə, onun əllərindən öpməlisiniz. Söhbət savadlı, məsuliyyətli müəllimlərdən gedir. Mənim bu gün-sabah 51yaşım olacaq, amma müəllimlərimi unutmamışam, bu gün də onlara minnətdaram. Onların “yanıma” atdığı çimdik də mənə baldır, şipşirindir”.

Sənətçi məktəblərdə Azərbaycan bölməsi ilə rus bölməsini müqayisə edib. O, təhsilin və tərbiyənin keyfiyyəti arasındakı müqayisədə üstünlüyü rus bölməsinə verib:

“Son günlər məktəblərdə şagirdlərin davranışları ilə bağlı videolar yayılır. Bilirsiniz, belə hadisələr çox vaxt “Azsektor”da olur. Bilirəm, bu sözümə görə məni daş-qalaq edəcəklər, amma bu həqiqətdir. Övladlarımın ikisi də rus bölməsində oxuyub. Yadıma gəlmir ki, müəllim zəng edib desin ki, övladlarınız özünü pis aparır, yaxud oğullarım gəlib evdə deməyib ki, müəllim məni vurdu. Xanımım da rus bölməsini bitirib. O da deyir ki, heç vaxt müəllim ona əl qaldırmayıb. Olanı deyirəm. Çünki aşıq gördüyünü çağırar.

Mənə elə gəlir ki, Azərbaycan ailələri uşaqların təlim-tərbiyəsi, təhsili ilə az məşğul olur”.

Əsmətxanım

“Belə neqativ hadisələr “Azsektor”da olur, “Russektor”da bir dəfə də görməmişəm” - Qalmaqallı açıqlama