Tbilisinin mərkəzində aksiya

Tbilisinin mərkəzində aksiya

Tbilisinin mərkəzində aksiya

Gürcüstanda Vahid Milli Hərəkat partiyasının başçılıq etdiyi müxalifət Tbilisinin mərkəzində etiraz aksiyası keçirib.

Polemika.az xəbər verir ki, Gürcüstan parlamentinin ərazisi yaxınlığındakı Rustaveli prospekti bağlanıb.

Parlamentin yaxınlığında keçirilən mitinqdə bir neçə min insan əsas üç tələb səsləndirib. Onlar Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi, onun azadlığa buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib./Modern.az

 

Tbilisinin mərkəzində aksiya