Sərxoş olub dənizə düşdü

Sərxoş olub dənizə düşdü

Sərxoş olub dənizə düşdü

Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov dənizə düşüb.

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, şəxsin sərxoş olduğu müəyyən olunub.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.

Rəsmi məlumata görə, hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.

Sərxoş olub dənizə düşdü