“Sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı qane edib” - "Tezliklə..."

“Sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı qane edib”

“Sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı qane edib” - "Tezliklə..."

“Hazırda Rusiya Azərbaycanın vasitəsi ilə Paşinyana təzyiq göstərir, onu çıxılmaz vəziyyətə salır ki, o, mütləq şəkildə bu üçtərəfli görüşə razılıq versin və Azərbaycanla uzunmüddətli sülhə razılaşsın”.

Bunu Polemika.az-a açıqlamasında siyasi icmalçı Nadir Şəfiyev bildirib.

O, Ermənistan-Azərbaycan sərhədində son hərbi toqquşmaların Moskvada keçirlməli olan üçtərəfli danışıqları sürətləndirib-sürətləndirməyəcəyi ehtimalını şərh edib:

“Moskva saamitində delimitasiya və demarkasiya ilə yanaşı, sülh müqaviləsinin imzalanması da baş tuta bilər. Ermənistanda bununla bağlı böyük narazılıq var. İrəvandakı hakimiyyətə alternativ olan ruspərəst qüvvələr - “Qarabağ klanı” buna görə Paşinyanı istefaya səsləyir”.

N. Şəfiyev əlavə edib:

“Hələ ki Qafqazda əsas oyunçu Rusiyadır. Qərb Ermənistanı Rusiyanın caynağından çəkib çıxarmağa çalışsa da. Üçtərəfli görüş üçün təkliflər irəli sürən isə məhz rəsmi Moskvadır. Güman edirəm ki, yaxın perspektivdə Rusiyanın təşəbbüsünə qoşulan Azərbaycanla Ermənistan müəyyən danışıqlara gedəcək.

Əsas problem Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. Güman edirəm ki, hazırki hərbi əməliyyatlar bir daha sübut etdi ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq bacarığı yoxdur. Hər halda yaxın illərdə Ermənistan Azərbaycana güc nümayiş etdirə bilməyəcək”.

Politoloq onu da vurğulayıb ki, son hadisələrdən sonra Nikol Paşinyanın başqa çıxış yolu yoxdur:

“Fikrimcə, üçtərəfli görüş olacaq və Ermənistan güzəştə getmək məcburiyyətindədir. Güzəşt, yəni üçtərəfli sazişdən irəli gələn müddəaları həyata keçirilməsi. Nəyə imza atmısan, nəyə söz vermisən, beynəlxalq hüquq nəyi nəzərdə tutursa, yalnız onları et. Mənə elə gəlir ki, sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı çox qane edib”.

Rafi MÜSLÜMOV

“Sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı qane edib” - "Tezliklə..."