Şəmkirdə 4 mağazadan oğurluq edən şəxs tutuldu

Şəmkirdə 4 mağazadan oğurluq edən şəxs tutuldu

Şəmkirdə 4 mağazadan oğurluq edən şəxs tutuldu

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs ələ keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polemika.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb.

Üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Şəmkirdə 4 mağazadan oğurluq edən şəxs tutuldu