"Sələflərimin qərarına hörmətlə yanaşıram" - Ermənistanın yeni prezidenti

"Sələflərimin qərarına hörmətlə yanaşıram" - Ermənistanın yeni prezidenti

"Sələflərimin qərarına hörmətlə yanaşıram" - Ermənistanın yeni prezidenti

"Keçmiş prezidentlərin inauqurasiyasında iştirak etməmələri qərarına hörmətlə yanaşıram".

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın yeni seçilmiş prezidentiVahan Xaçaturyan bildirib.

O deyib:

“Əsas odur ki, biz dəvət etmişik, hər şey açıq-aydındır və dəvət olunanların siyahısı çox böyükdür. İndi hər kəs öz iştirakı barəsində özü qərar verir, heç bir məcburiyyət ola bilməz. Mən bu insanların seçiminə hörmət edirəm".

“Hazırkı hakimiyyət onları “quldur” və “korrupsioner” adlandırır. Axı onlar niyə gəlsin ki?” sualına isə prezident belə cavab verib:

“Dövlət protokolu var. Şəxsi yanaşmaları və qiymətləndirmələri bir kənara qoymalıyıq. Biz bunu rəhbər tuturuq”, - deyə Xaçaturyan vurğulayıb.

 

"Sələflərimin qərarına hörmətlə yanaşıram" - Ermənistanın yeni prezidenti