Şəkidə yol qəzasında ana və azyaşlı övladı öldü

Şəkidə yol qəzasında ana və azyaşlı övladı öldü

Şəkidə yol qəzasında ana və azyaşlı övladı öldü

Şəkidə ağır yol qəzası baş verib.

Polemika.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Emin Rəsulzadənin idarə etdiyi "KİA SPORTAGE" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün həyat yoldaşı və azyaşlı övladı hadisə yerində ölüb. E. Rəsulzadə və onun digər övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır./Modern.az

Şəkidə yol qəzasında ana və azyaşlı övladı öldü