Səfir: "Ukrayna və Azərbaycan yaxşı dost və strateji tərəfdaş olaraq qalır"

Səfir: "Ukrayna və Azərbaycan yaxşı dost və strateji tərəfdaş olaraq qalır"

Səfir: "Ukrayna və Azərbaycan yaxşı dost və strateji tərəfdaş olaraq qalır"

“Bu gün biz Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik”.

Polemika.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdəki hesabında yazıb.

“Hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır. Biz ikitərəfli münasibətlərimizi və qarşılıqlı əlverişli əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, - səfir qeyd edib.

O, vurğulayıb ki, Ukrayna Azərbaycan səmimi dostluq, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən diplomatik münasibətlərin qurulmasını qeyd edirlər: “Çağırışları fürsətlərə çevirərək, biz əminliklə irəli gedir və birgə uğur tarixini yazmağa davam edirik”.

Səfir: "Ukrayna və Azərbaycan yaxşı dost və strateji tərəfdaş olaraq qalır"